Böyük Britaniya beynəlxalq təcridlə üzləşə bilər

Böyük Britaniya beynəlxalq təcridlə üzləşə bilər
  24 Dekabr 2013    Oxunub:1104
Bolqarıstan prezidenti Rosen Plevneliev Böyük Britaniyanın “The Observer” nəşrinə verdiyi müsahibədə bildirib ki, Böyük Britaniya Bolqarıstan və Rumıniya vətəndaşlarının ölkənin əmək bazarına girişini əngəlləmək cəhdlərinə görə beynəlxalq təcridə məruz qala bilər.

AzVision.az xəbər verir ki, Prezident britaniyalı siyasətçiləri cəmiyyətdə miqrasiya təzyiqi qorxusunu təbliğ edənlərə qarşı mübarizəyə çağırıb. Ölkə başçısı vurğulayıb ki, Böyük Britaniya xarici emiqrantların uyğunlaşması işində Bolqarıstandan nümunə götürməlidir. Bolqarıstanda son iki ildə Afrika və Yaxın Şərq ölkələrindən gələn emiqrantlar sığınacaq tapmışlar. Prezident qeyd etmişdir ki, emiqrantların sayını deyil, onların inteqrasiya mexanizmlərini araşdırmaq lazımdır.


Teqlər:





Xəbər lenti