Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı

Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı
  06 Fevral 2020    Oxunub:2775
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Vandakı qar uçqunu və İstanbulda sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.

“Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədəriniz kədərimizdir”,- başsağlığında bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Türkiyə  





Xəbər lenti