İdlibdə Rusiya və Türkiyənin hərbi mütəxəssisləri ölüb

İdlibdə Rusiya və Türkiyənin hərbi mütəxəssisləri ölüb
  06 Fevral 2020    Oxunub:2015
İki həftə ərzində Suriyanın İdlib bölgəsində terrorçular mindən çox hücum həyata keçirib, nəticədə Rusiya və Türkiyənin hərbi mütəxəssisləri faciəvi şəkildə həlak olublar.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, yanvarın ortalarında Rusiya və Türkiyə hərbi qüvvələri İdlibdə de-eskalasiya zonasında "sükut rejimi" tətbiq etmək üçün növbəti dəfə cəhd göstəriblər. Lakin, terrorçular nəinki döyüş fəaliyyətlərini azaldıblar, əksinə
hücumları artırıblar.

Təkcə yanvar ayının son iki həftəsində 1000-dən çox hücum qeydə alınıb. Suriya qoşunları və de-eskalasiya zonası ətrafında mülki insanlar arasında yüzlərlə ölən və yaralılar var.

Rusiya və Türkiyə hərbi ekspertləri faciəvi şəkildə öldürülüb. Zərbə dronlarından istifadə etməklə Rusiyanın Hmeymi aviabazasına hücum cəhdləri dayandırılmır.

XİN-in məlumatında baş verənlərin tam təfərrüatları açıqlanmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Suriya   İdlib  





Xəbər lenti