Paşinyanın Tovmasyanla bağlı referendum planı

Paşinyanın Tovmasyanla bağlı referendum planı
  06 Fevral 2020    Oxunub:1775
“Mənim addımım” parlament fraksiyası Ermənistan Konstitusiya Məhkəməsi sədrinin vəzifəsindən azad edilməsi ilə bağlı referendum keçirilməsini təklif edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə fraksiyadan olan deputat Vaqn Ovakimyan parlamentin növbədənkənar iclasında deyib.

Konstitusiyanın 213-cü maddəsinə təklif edilən dəyişikliklər sədrin və məhkəmə üzvlərinin səlahiyyət müddətinə aiddir.

Qeyd edək ki, parlamentin digər iki fraksiyasının – “Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan”dan olan deputatlar təklifə etiraz ediblər. Onların fikrincə, 88 deputatın həll edə biləcəyi məsələni referenduma çıxarmağa ehtiyac yoxdur.

Xatırladaq ki, Paşinyan Koçaryanla münasibətlərə görə, Tovmasyanı vəzifəsindən azad etmək istəyir, lakin bununla bağlı hüquqi əsasları yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti