Anti-koronavirusun klinik sınaqlarına başlanılıb

  06 Fevral 2020    Oxunub : 1159
Anti-koronavirusun klinik sınaqlarına başlanılıb
Çin mütəxəssisləri Uhandakı Çinıinıtan xəstəxanasında antivirus remdesiver dərman qəbuledicisinin klinik sınaqlarına başlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, dərmanın koronavirusla mübarizədə effektivliyi araşdırılacaq. Sınaq prosesində 453 ağır xəstə və daha az ağır simptomları olan 308 xəstə iştirak edəcək.

Remdesiver - Amerikanın biotexnoloji şirkəti “Gilead Sciences” tərəfindən yaradılan antiviral dərmandır. Dərman əvvəllər ağır kəskin tənəffüs sindromu və yaxın şərq tənəffüs sindromuna səbəb olan koronaviruslarla mübarizədə uğurla istifadə edilib.

Azvision.az

Teqlər: Çin