ABŞ-da iki təyyarə qəzası - Ölənlər var

 ABŞ-da iki təyyarə qəzası - Ölənlər var
  07 Fevral 2020    Oxunub:3154
ABŞ-ın Luiziana ştatında kiçik həcmli təyyarə qəzaya uğrayıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər həlak olub. “Cessna” tipli təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.

Digər təyyarə qəzası isə ABŞ-ın Alyaska ştatının Betel şəhəri yaxınlığında baş verib. Belə ki, Betel şəhərindən Kipnuk məntəqəsinə uçan kiçik həcmli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. Təyyarədə bir pilot, dörd sərnişin olub. Onların hamısı həlak olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Təyyarə   Qəza  





Xəbər lenti