Magistraturaya ərizə qəbulu bir həftəyə başa çatır

Magistraturaya ərizə qəbulu bir həftəyə başa çatır
  07 Fevral 2020    Oxunub:2811
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edib.
Azvision.az xəbər verir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2020-ci il fevralın 13-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 13 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidir.

Qeyd edək ki, 2020-ci il 7 fevral saat 10.00-a olan məlumata əsasən 4165 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 3768; rus bölməsi – 397).

İmtahan 2020-ci il fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Azvision.az



Teqlər: DİM   Magistratura  





Xəbər lenti