AŞPA-nın müşahidə missiyası Azərbaycanda işə başladı

  07 Fevral 2020    Oxunub : 2211
AŞPA-nın müşahidə missiyası Azərbaycanda işə başladı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçki müşahidə missiyası bu gündən Azərbaycanda işə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter” hesabında yazıb.

AŞPA-nın müşahidə missiyası bu gündən işə başlayıb. Biz indi media, vətəndaş cəmiyyəti nümayəndələrini dinləyirik, daha sonra ATƏT DTİHB seçki müşahidə missiyası, həmçinin siyasi partiyalar və müstəqil namizədlərlə görüşəcəyik”, - deyə Şennak vurğulayıb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AŞPA   Missiya   Seçki