İrəvanda 10-dan çox şagird “donuz qripi”nə yoluxub

  07 Fevral 2020    Oxunub : 1119
İrəvanda 10-dan çox şagird “donuz qripi”nə yoluxub
Ermənistanın paytaxtı İrəvanda orta məktəblərdən birində 10-dan çox şagird “donuz qripi”nə yoluxub.
Azvision.az "news.am"a istinadən xəbər verir ki, A.Puşkin adına 8 nömrəli məktəbin direktoru Natalya Stepanyan 10-dan artıq şagirddə A tip H1N1 (“donuz qripi”) virusu aşkarlandığını təsdiqləyib.

Direktor bildirib ki, qripə yoluxanların daha çox olması istisna deyil. Onun sözlərinə görə, heç də bütün valideynlər tibbi arayış gətirməyiblər. Nəticədə uşaqların dərsə davamiyyəti aşağı düşüb. Xəstəlik daha çox 3, 7 və 9-cu siniflərdə qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İrəvan   Donuz-Qripi