Seçkiyə görə Meksikadan Bakıya gəldi

Seçkiyə görə Meksikadan Bakıya gəldi
  08 Fevral 2020    Oxunub:2708
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə meksikalı deputat, Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Aqustin Qarsiya Rubio Bakıya gəlib.
Meksikanın Bakıdakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, deputat seçkiləri müşahidə etməklə yanaşı, bir sıra görüşlər də keçirəcək. Görüşlərdə müxtəlif sektorlarda əməkdaşlıq perspektivləri, hər iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə olunacaq.

Məlumatda qeyd edilib ki, Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələr 10 fevral 1992-ci il tarixində qurulub. Azərbaycan və Meksikanın diplomatik nümayəndəlikləri müvafiq olaraq 2007-ci və 2014-cü illərdə fəaliyyətə başlayıblar. Parlamentlərarası əlaqələr, öz növbəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu xüsusda, hər iki dövlətin qanunverici orqanları çərçivəsində fəaliyyət göstərən müvafiq parlamentlərarası işçi qrupların rolu qeyd olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Meksika  





Xəbər lenti