Qazaxıstandakı iğtişaşların səbəbi məlum oldu

Qazaxıstandakı iğtişaşların səbəbi məlum oldu
  08 Fevral 2020    Oxunub:2332
Qazaxıstanda baş vermiş kütləvi dava və iğtişaşların səbəbi açıqlanıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya və ictimai inkişaf naziri Dauren Abayev açıqlama verib. Onun sözlərinə görə, bölgədə yaşanan daxili münaqişə iğtişaşlara səbəb olub.

"Faciə baş verdi, insanlar öldü. Təəssüf ki, təxribatçılar daxili münaqişəni etnik qruplararası müstəviyə keçirməyə cəhd etdilər”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, hadisə Jambıl vilayətinin Korday rayonunda baş verib, nəticədə 8 nəfər ölüb, 40 nəfər yaralanıb. İğtişaşda təqsirli bilinən 50 nəfər isə polis tərəfindən saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qazaxıstan   İğtişaş  





Xəbər lenti