Azərbaycanda neçə seçici var? - RƏSMİ

 Azərbaycanda neçə seçici var? -   RƏSMİ
  08 Fevral 2020    Oxunub:6088
Azərbaycanda seçicilərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, parlament seçkilərində 5 milyon 329 min 460 nəfər Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək.

Qeyd edək ki, sabah Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Seçki   Seçici   MSK  





Xəbər lenti