220 rayonda daşqın gözlənilir

220 rayonda daşqın gözlənilir
  24 Dekabr 2013    Oxunub:1095
Əhaliyə təhlükəyə qarşı hazır olmaqla bağlı xəbərdarlıq edilib.
AzVision.az qərb mətbuatına istinadən xəbər verir ki, İngiltərə və Uelsin əksər rayonlarında təhlükənin üçüncü “narıncı” səviyyəsi elan edilib. Hazırda Böyük Britaniyanın 220 rayonunda daşqın təhlükəsi elan olunub.

Mütəxəssislərin məlumatına görə, hazırda bir sıra rayonlarda küləyin sürəti saatda 120 kilometrə çatır. Qasırğa nəticəsində 5 min ev işıqsız qalıb. Çayların məcrasından çıxması mütəxəssislərin təcrid olunmuş rayonlara gedə bilməsinə mane olur. Polisin məlumatına görə, yollarda da acınacaqlı vəziyyət yaranıb. Gün ərzində təxminən 13 milyon avtomobil yollarda qalıb. Aeroportlar isə hələlik işini ştat cədvəlinə uyğun davam etdirir. Lakin bəzi reyslərin təxirə salınacağı da istisna edilmir.

Hazırda Britaniyada leysan yağışları yağır. Yağışlı, fəsadlı hava şəraitinin günün sonunadək davam edəcəyi proqnozlaşdırılır.

S. Həsənova


Teqlər:





Xəbər lenti