Tailandda ölənələrin sayı 27 nəfərə çatıb

Tailandda ölənələrin sayı 27 nəfərə çatıb
  09 Fevral 2020    Oxunub:2177
Tailandın Nakxon Ratçasima şəhərində ticarət mərkəzlərindən birində baş vermiş atışmada ölənlərin sayı 27 nəfərə çatıb.
Azvision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Prayut Çan-Oça bildirib. Onun sözlərinə görə, insident zamanı 57 nəfər yaralanıb.

"Xüsusi təyinatlılar, mülki şəxslər və cinayətkar özü daxil olmaqla 27 nəfər öldürülüb, 57 nəfər yaralanıb, onlardan 45 nəfəri artıq xəstəxanalardan evlərinə buraxılıblar”, - deyə Baş Nazir əlavə edib.

Onun sözlərinə görə, hərbçi şəxsi problem səbəbilə insanlara atəş açıb. Belə ki, o, evini satarkan aldadılıb.

Xatırladaq ki, atəş açan 32 yaşlı hərbçi Çakrapant Thomma zərərsizləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hərbçi   Tailand  





Xəbər lenti