Türkiyə mətbuatı Azərbaycandakı seçkidən yazdı

Türkiyə mətbuatı Azərbaycandakı seçkidən yazdı
  09 Fevral 2020    Oxunub:2381
Türkiyənin “Hurriyet” qəzeti Azərbaycanda keçirilən parlament seçkilərindən yazıb.
Azvision.az xəbər verir ki, məqalədə seçicilərin 6-cı çağırış parlament seçkilərində səsvermək üçün məntəqələrə getdikləri vurğulanıb. Bildirilib ki, Azərbaycan parlamentindəki 125 yer uğrunda 1314 deputat mübarizə aparır.

“Azərbaycanda təxminən 5 milyon 329 min 460 seçici var. Onlar Türkiyə saatı ilə 07.00-dan (yerli vaxtla 08.00) səsverməyə gedirlər. Parlament seçkilərini 78 mindən çox müşahidəçi izləyir. Bundan əlavə, seçkiləri izləmək üçün 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərin rəsmi olaraq yerli vaxtla 08:00-da başladığını, səsvermə prosesinin 19:00-a qədər davam edəcəyini və ilk rəsmi nəticələrin bu gün axşam açıqlanacağı bildirib”, - deyə məqalədə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Seçki  





Xəbər lenti