“Diamond Princess”də koronavirusa yoluxanların sayı 70-ə çatıb

  09 Fevral 2020    Oxunub : 1203
“Diamond Princess”də koronavirusa yoluxanların sayı 70-ə çatıb
Yaponiyanın Yokohama limanı yaxınlığında karantin altına alınan “Diamond Princess” kruiz gəmisində daha altı nəfərdə koronavirus aşkarlanıb.
Azvision.az xəbər verir ki, daha əvvəl 64 sərnişin və ekipaj üzvündə yeni növ koronavirusun aşkarlandığı bildirilirdi. Beləliklə, gəmidə virusa yoluxanların sayı 70-ə çatıb.

Bundan əlavə, 100 nəfərin səhhətindən şikayətləndikləri barədə məlumat var. Bu, yeni bir koronavirus infeksiyası deyil, yaşlı insanlara xas olan xəstəlik də ola bilər. Çünki gəmidəki sərnişinlərin çoxunun təxminən 70 yaşı var. Onların çoxunda səyahət zamanı özləri ilə götürdükləri dərmanlar tükənib.

Yaponiya səlahiyyətliləri dərmanların çatdırılmasında helikopterlərdən istifadə edilə biləcəyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Yaponiya   Koronavirus