Gəncədə yeni şəhərcik istifadəyə verildi - FOTO

Gəncədə yeni şəhərcik istifadəyə verildi - FOTO
  24 Dekabr 2013    Oxunub:1158
Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbənin bu gün açılış mərasimi olub.
AzVision.az-a bu barədə Gəncə şəhər icra başçısının müavini Naqif Həmzəyev məlumat verib. Bildirib ki, açılış mərasiminə baş nazirin birinci müavini, Qaçqınları və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Gəncə şəhər icra başçısı Elmar Vəliyev iştirak ediblər.

Qeyd edək ki, məcburi köçkünlər üçün salınan qəsəbənin açılışında prezident İlham Əliyevin də iştirak etməsi gözlənilirdi.

Bildirək ki, Gəncənin paytaxt istiqamətindən giriş hissəsindəki ərazidə 25 ədəd çoxmərtəbəli yaşayış binası və digər sosial obyektlər inşa olunub. 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, 500 yerlik mədəniyyət evi, musiqi məktəbi, həkim məntəqəsi var.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti