“Hava şəraitinə baxmayaraq, məntəqələrdə yüksək aktivlik var” - Vyetnamlı müşahidəçi
Müşahidəçi deyib ki, hava şəraitinin pis olmasına baxmayaraq, insanlar məntəqələrdə çox fəal şəkildə səs verirlər, bu da onların vətəndaşlıq borclarını çox məsuliyyətlə yerinə yetirdiklərinin göstəricisidir.
“Həmkarlarım və mən insanlarla fəal ünsiyyət qurduq və onları sorğu-sual etdik. Onlar özləri üçün layiqli namizəd seçməkdə qərarlıdırlar. Seçicilər ideal namizəd axtarırlar və həmin şəxsdən onları maraqlandıran bir sıra məsələlərin həll olunacağını, həyat səviyyəsinin və rifahın yüksəldilməsini gözləyirlər. Şəffaf və demokratik seçkilər üçün hər bir şərait yaradılıb”, - deyə Vyetnamdan olan bir müşahidəçi əlavə edib.
Vu Thuy Çanq vurğulayıb ki, Vyetnamın VTC dövlət televiziya kanalı və populyar elektron KİV-ri "Dan Tri" və "VOV" əməkdaşları da Bakıya gəlib: "Televiziya jurnalistləri artıq insanlarla söhbət edib və reportaj hazırlayırlar. Onlar imkan tapıb Azərbaycanın bir sıra görməli yerlərinə, Bakı ilə yanaşı Şəki və Qəbələyə gedib gözəl bir film çəkə biliblər. Eyni zamanda, Azərbaycanın bu şəhərlərindəki bir çox seçki məntəqələrində olublar və seçkilərə hazırlıq prosesindən çox təsirləniblər".
Vadim Mansurov
Tərcümə: Pərvanə Sultanova
Azvision.az