Qarabağda ölən hərbçi ilə bağlı cinayət işi açıldı

Qarabağda ölən hərbçi ilə bağlı cinayət işi açıldı
  09 Fevral 2020    Oxunub:2162
Ermənistanın İstintaq Komitəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni hərbçi Valeri Petrosyanın ölümü ilə bağlı cinayət işi açıb.
Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, bu gün səhər 07:45-də 2001-ci il təvəllüdlü Valeri Petrosyan hərbi hissədə huşsuz vəziyyətdə tapılıb. Onu hospitala aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 386-cı maddəsinin 2-ci bəndi ilə (xidmətə səhlənkar münasibət, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq) cinayət işi açılıb.

İstintaq davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti