Tailandda ölənlərin sayı 30 nəfərə çatıb

  09 Fevral 2020    Oxunub : 1185
Tailandda ölənlərin sayı 30 nəfərə çatıb
Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində baş vermiş atışma zamanı ölənlərin sayı 30 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "Khaosod со" nəşri polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, silahlı insident zamanı 57 nəfər yaralanıb. Daha əvvəl 27 nəfərin öldürüldüyü bildirilirdi.

Xatırladaq ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində hərbi düşərgədə öz komandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb. Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb. Hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarın zərərsizləşdirilməsi üzrə keçirdikləri ilk əməliyyat uğursuz olub. Nəticədə cinayətkar 1 xüsusi təyinatlını güllələyib, daha ikisini isə yaralayıb. Sonda cinayətkar zərəzsiləşdirilib.

Azvision.az

Teqlər: Tailand