Misirdə polis məntəqəsi partladıldı

Misirdə polis məntəqəsi partladıldı
  24 Dekabr 2013    Oxunub:1024
Terror aktı nəticəsində azı 14 nəfər həlak olub, 100 nəfər isə xəsarət alıb.
AzVision.az xəbər verir ki, Qahirədən şimalda yerləşən Mansura şəhərində polis məntəqəsi partladılıb.

Polis məntəqəsinin qarşısında avtomobilin partladılması nəticəsində 14 nəfər həlak olub, 100-dən artıq insan isə xəsarət alıb. Nəticədə Mansura şəhər polis idarəsinin rəhbəri Sami Əl-Mihi xəsarət alıb. Onun dəftərxana rəhbəri və cinayət işləri şöbəsinin rəisi isə həlak olublar.

Partladılan maşında 500 kiloqram partlayıcı qurğunun yerləşdirildiyi ehtimal olunur. Nəticəsdə ətrafdakı bir çox yaşayış binaları, maşınlar zərər çəkib.

Xatırladaq ki, iyulun 3-də prezident Məhəmməd Mursinin devrilməsindən sonra ölkədə situasiya gərginləşib. “Əl-Qaidə”yə yaxın “Ənsar Beyt əl-Makdis” qruplaşması hərbi və hüquq-mühafizə orqanlarına bir çox hücumlar təşkil edib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti