Putindən prezidentə ad günü təbriki

Putindən prezidentə ad günü təbriki
  24 Dekabr 2013    Oxunub:1180
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

AzVision.az xəbər verir ki, Putin məktubunda ölkə başçısına can sağlığı, fəaliyyətində uğurlar arzulayıb.

-Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm.

Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm.

Ailənizə mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.



Teqlər:  





Xəbər lenti