Ərdoğan erməni deputatı evində ziyarət etdi

Ərdoğan erməni deputatı evində ziyarət etdi
  10 Fevral 2020    Oxunub:3241
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan erməni əsilli millət vəkili Markar Yesayanı evində ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf partiyasından deputat seçilmiş Yesayan “Twitter”də yazıb.

Sağlamlığı ilə əlaqədar olaraq erməni siyasətçi uzun müddətdir işə getmir, buna görə də Ərdoğan ona baş çəkməyə gəlib.

Yesayan Türkiyə Prezidentinə təşəkkür edib: "Hörmətli Prezident, gəldiyiniz üçün təşəkkür edirəm. Böyük şərəf verdiniz".

2019-cu ilin oktyabrından müalicə kursu keçən Yesayan parlamentə seçilməmişdən əvvəl uzun illər jurnalist kimi çalışıb. Xüsusilə 1997-2008-ci illərdə İstanbulda nəşr olunan ermənidilli “Akos” qəzeti üçün məqalələr yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti