Paşinyana qarşı müxalif partiya yaradılır

Paşinyana qarşı müxalif partiya yaradılır
  10 Fevral 2020    Oxunub:1932
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan baş nazir Nikol Paşinyan hökumətinə qarşı sonadək mübarizə aparmaq niyyətindədir.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Vanetsiyan özü bildirib.

Yeni siyasi partiya yaratmağa hazırlaşan Vanetsyan rəhbərlik edəcəyi təşkilatın mərkəzçi qüvvə olacağını deyib.

"Hazırda həmfikir insanlar və mümkün tərəfdaşlarla geniş məsləhətləşmə prosesi gedir və yalnız bütün müzakirələrdən sonra konkret proqram və “yol xəritəsi” təqdim edəcəyik. Yeni siyasi qüvvə müxalifət olacaq".

Vanetsiyan vurğulayıb ki, hazırda Ermənistanda həll edilməli olan bir çox problem var və hökumət 2018-ci ilin yazındakı "məxməri inqilab"ın hədəflərindən uzaqlaşıb.

O hesab edir ki, Ermənistanda keçmişə dönüş ola bilməz. "Yanımızda olmayan, bizə qarşıdır" prinsipi bugünkü hakimiyyət üçün əlverişli bir qayda halına gəlib. Bu, qanunun aliliyi, hakimiyyət qollarının ayrılması və balanslı bir vətəndaş cəmiyyətinin qurulması baxımından qəbuledilməzdir".

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti