Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

  10 Fevral 2020    Oxunub : 2801
 Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi
Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının final mərhələsinə yüksəlib.
Azvision.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan S.Süleymanov yarımfinalda ermənistanlı rəqibi Karapet Çalyanı 3:0 hesabı ilə məğlub edib. İnamlı qələbə qazanan idmançı Avropanın ən güclüsü olmaq uğrunda yarışacaq.

Qeyd edək ki, S.Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.

Azvision.az

Teqlər: Güləş