İrəvanda məhkəmə hakimi qarət olunub
Zərərçəkmişin sözlərinə görə, naməlum şəxs və ya şəxslər Baqramyan prospektində park edilmiş "Lexus" markalı avtomobilinin şüşəsini sındıraraq oradan çantanı oğurlayıblar.
Mirzoyan deyib ki, çantada onun pasportu, avtomobilin texniki pasportu, sürücülük vəsiqəsi, hakimin rəsmi vəsiqəsi, ödəniş qəbzi, bir sıra müqavilələrin surətləri və qızıl məmulatları olub.
Faktla bağlı araşdırma aparılır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İrəvan Qarət Ermənistan