Hubeydə iki yüksək vəzifəli məmur işdən çıxarılıb

Hubeydə iki yüksək vəzifəli məmur işdən çıxarılıb
  11 Fevral 2020    Oxunub:2172
Hubeyin Partiya Komitəsinin daimi komissiyası əyalətin partiya Sağlamlıq Komitəsinin katibi Çan Jin və komitənin rəhbəri Lyu Çinzi vəzifəsindən azad edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hubey Partiya Komitəsinin daimi komissiyasının iclasında qərar verilib.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki Uhan şəhərində (Hubey əyaləti) naməlum pnevmoniya xəstəliyi haqqında məlumat verib. Xəstəliyin yeni növ koronavirus olduğu təyin edilib. Çində qeyd edilən xəstəliyə yoluxanların ümumi sayı 42 638 nəfərdir, 3996 nəfər sağalıb, 1016 nəfər isə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Hubey  





Xəbər lenti