Hindistan ABŞ-dan 2,6 milyardlıq helikopter alır

  11 Fevral 2020    Oxunub : 1343
Hindistan ABŞ-dan 2,6 milyardlıq helikopter alır
Hindistan hökuməti yaxın vaxtlarda ABŞ istehsalı olan helikopterlərin alınması barədə sazişi rəsmi olaraq təsdiqləmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “NDTV” kanalı məlumat yayıb.

Bildirilib ki, qərar ABŞ Prezidenti Donald Trampın Hindistana səfəri (24 aprel) ərəfəsində qəbul edilməlidir. Müqavilənin ümumi dəyərinin 2.6 milyard dollar olduğu deyilir.

Hökümətə yaxın mənbələr kanala bildiriblər ki, Baş Nazir Narendra Modinin kabineti qərarı təsdiqləməklə iki ölkə arasındakı strateji əlaqələrin inkişafına təkan verəcək.

Növbəti iki həftə ərzində hökumətin təhlükəsizlik komitəsi ABŞ-da “Lockheed Martin” korporasiyasına aid “Sikorsky Aircraft” şirkətinin istehsal etdiyi 24 ədəd “MH-60R Seahawk” tipli helikopterinin alınmasını rəsmi olaraq təsdiqləyə bilər.

Qeyd edək ki, Hindistan 2007-ci ildən bu günə qədər ABŞ-dan 17 milyard dollar həcmində hərbi texnika alıb.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Hindistan