Həbsdə olan sabiq erməni nazir xəstəxanaya yerləşdirildi

Həbsdə olan sabiq erməni nazir xəstəxanaya yerləşdirildi
  11 Fevral 2020    Oxunub:2500
Ermənistanın keçmiş maliyyə naziri, Dövlət Gəlirlər Komitəsinin sabiq rəhbəri Qaqik Xaçatryan xəstəxanaya yerləşdirilib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Erem Sarkisyan bildirib.

Məlumata görə, yanvarın 22-də həkimlərin məsləhəti ilə Xaçatryana stasionar müalicə təyin edilib. Lakin sonradan müalicə dayandırılıb və o, istintaq təcridxanasına göndərilib.

Vəkilin bildirdiyinə görə, əvvəllər stasionar müalicəni təmin etmək üçün aidiyyəti orqanlara edilən çoxsaylı müraciətlərə məhəl qoyulmayıb. KİV-dəki yazılardan və Ombudsman aparatının müdaxiləsindən sonra sabiq nazir xəstəxanaya yerləşdirilib.

E.Sarkisyanın fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri açıq şəkildə cinayətdir.

Xatırladaq ki, keçmiş maliyyə naziri Qaqik Xaçatryan və onun Dövlət Gəlirlər Komitəsində yüksək vəzifə tutan qardaşı oğlu ötən ilin avqust ayında vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə şübhəsi ilə həbs ediliblər. Bütövlükdə ittiham üzrə göstərilən məbləğ 226 milyon dram (475 min dollar) təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Həbs   Nazir  





Xəbər lenti