Azərbaycan XİN İranı təbrik etdi

Azərbaycan XİN İranı təbrik etdi
  11 Fevral 2020    Oxunub:2273
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İran İslam Respublikasını İslam İnqilabının 41-ci ildönümü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.

“Azərbaycan və İran münasibətləri tarixən dostluq, mehriban qonşuluq şəraitində yaşayan xalqlarımızın iradəsindən irəli gəlir. Biz İran İslam Respublikasının Milli günü münasibətilə bütün İran xalqını təbrik edir, onlara davamlı sülh və firəvanlıq diləyirik”, - deyə təbrikdə bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   İran   Təbrik  





Xəbər lenti