Paşinyan deputatdan mandatını verməyi tələb etdi

Paşinyan deputatdan mandatını verməyi tələb etdi
  11 Fevral 2020    Oxunub:2329
Ermənistanın baş naziri Nikol Paşinyan "Mənim addımım" fraksiyasının deputatı Sasun Mikaelyandan mandatını təhvil verməsini tələb edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, mütəmadi olaraq hakimiyyəti, xüsusən Nikol Paşinyanı mövqeyini dəyişməyə çağıran deputatın mandatının alına biləcəyi barədə məlumatlar yayılmışdı.

Bundan sonra Sasun Mikaelyan uzun müddət səssiz qalıb və keçən həftə yenidən parlamentin kürsüsündən "odlu-alovlu" çıxış edib.

“İndi Mikaelyan Paşinyanla fərqli şəkildə fəxr etməyə başlayıb. Görəsən, bu şirin davranışın, heyrətamiz bir metamorfozun səbəbi nədir? Onun 180 dərəcə dəyişməsi yalnız bir mandat üzündən ortaya çıxıb.

Əldə etdiyimiz məlumata görə, bir müddət əvvəl Nikol Paşinyan Sasun Mikaelyan və "separatçı" kampaniyasına başlamış başqa bir deputatla görüşərək mandatlarını verməyi tələb edib. Üstəlik, kifayət qədər kəskin tonda deyib ki, əgər müxalifəti “oynamaq” istəyirsinizsə, mandatları təhvil verin. Bundan sonra onlar mandata üstünlük verərək, Paşinyanı “sevməyə” başlayıblar”, - deyə erməni KİV-ləri yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti