Jirinovski sevgidən danışacaq: “Heç vaxt evlənməyin”
"Cümə günü sevgililər günüdür. Bu mövzuda ofisimdə mühazirə oxuyacağam. Əsas məqamlar bunlardır: ilk baxışdan sevgi, qəddar sevgi - keçini də sevə bilərsən, heç vaxt evlənməyin, heç vaxt ərə getməyin, musiqini dayandırın – mənin sevgilim başqası ilə rəqs edir. Bu mövzuda gənclərlə danışacağıq", - deyə Jirinovski jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bütün ölkə miqyasında RLDP-dən başqa heç kim bu addımı atmayacaq.
Partiya sədri, həmçinin bütün arzu edənlərin sosial şəbəkələrdə canlı olaraq müzakirəyə qoşula biləcəyini vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Rusiya