Avropa Xalq Partiyasından Ermənistana çağırış

  11 Fevral 2020    Oxunub : 1336
 Avropa Xalq Partiyasından Ermənistana çağırış
Avropa Xalq Partiyası Ermənistan Konstitusiyasına düzəlişlərin tələsik başlanması prosesindən narahatdır.
Azvision.az xəbər verir ki, bu barədə partiya “Twitter”də paylaşım edib.

“Ermənistan hakimiyyətinin Konstitusiya Məhkəməsinin sədrini və yeddi hakimini vəzifələrindən uzaqlaşdırılmasına hesablanmış Konstitusiyaya düzəliş etmək planını tələsik hərəkət hesab edirik. Biz Ermənistan hakimiyyətini tez bir zamanda Venesiya Komissiyasından rəy istəməyə və onu nəzərdən keçirməyə çağırırıq".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan