Güləşçimiz 9 ildən sonra Avropa çempionatının finalında

Güləşçimiz 9 ildən sonra Avropa çempionatının finalında
  12 Fevral 2020    Oxunub:2882
İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Murad Bazarov debütdə çətinliklə də olsa, İtaliya güləşçisinə qalib gəlib. Ancaq 1/4 finalda məğlubiyyətdən qaça bilməyib. Ermənistan güləşçisi finala yüksəldiyi üçün Murad fevralın 12-də təsəlliverici görüşdə iştirak edəcək.

İslambek Dadov təsnifat mərhələsində macar həmkarı ilə görüşdə ilk hissəni 7:0 öndə tamamlasa da, fasilədən sonra zəif çıxış edərək məğlub olub.

Ülvü Qənizadə Avropa çempionatına bolqar rəqibi üzərində inamlı qələbəylə start verib. Lakin 1/4 finalda 3 qat dünya çempionu, alman Frank Şteblerə batmaq mümkün olmayıb. Titullu rəqib finala kimi irəlilədiyindən Ülvü üçüncü yarış günündə təsəlliverici görüşə çıxacaq.

Rafiq Hüseynov əvvəlcə hollandiyalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. İsveç təmsilçisiylə görüşdən də üstün ayrılan təcrübəli pəhləvanımız yarımfinala yüksəlib. Finalın bir addımlığında yerli güləşçiylə qarşılaşan həmyerlimiz italyan rəqibinə çətinlik çəkmədən qalib gələrək 9 illik fasilədən sonra Avropa çempionatının finalına vəsiqə qazanıb.

Orxan Nuriyev ilk görüşdə polşalı rəqibiylə bacarmayıb.

Qeyd edək ki, fevralın 12-də gündüz seansında bu çəkilərdə təsəlliverici görüşlər, axşam seansında isə medal qarşılaşmaları keçiriləcək.

Azvision.az


Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti