Endrü Yanq seçki mübarizəsini dayandırdı

Endrü Yanq seçki mübarizəsini dayandırdı
  12 Fevral 2020    Oxunub:2231
Demokratlar Partiyasından ABŞ prezidentliyə iddialı olan sahibkar Endrü Yanq seçkiqabağı yarışdan imtina edib.
Azvision.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

"Bu gün mən seçkiqabağı kampaniyanı dayandırıram”- deyən sahibkar əlavə edib ki, seçkilərdə qələbə qazanacağına ümid etmir.

O, seçki yarışını dayandırmasından sonra nə edəcəyi barədə açıqlama verməyib. Nyu-Yorkun meri vəzifəsinə namizədliyini irəli sürəcəyinə dair suala isə, “heç nəyi istisna etmirəm” deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Prezident   Seçki  





Xəbər lenti