Bu il Azərbaycanda bir sıra beynəlxalq yarışlar keçiriləcək

Bu il Azərbaycanda bir sıra beynəlxalq yarışlar keçiriləcək
  12 Fevral 2020    Oxunub:2765
2019-cu ildə Bakıda ümumilikdə 250 yarış keçirilib. Onlardan 60-ı beynəlxalq idman tədbirləri olub.

Azvision.az xəbər verir ki, bunu "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda Gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, bu il də ölkədə bir sıra beynəlxalq yarışlar keçiriləcək.
A.Rəhimovun sözlərinə görə, böyük tədbirlər kadr potensialı, infrastruktur və turizm potensialı baxımından böyük əhəmiyyətə malikdir və "Formula 1" üzrə Azərbaycan Qran-prisi burada xüsusi yer tutur.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Azad-Rəhimov   Yarış   İdman   Nazir  





Xəbər lenti