YAP gələn il üçün planlarını açıqladı

YAP gələn il üçün planlarını açıqladı
  24 Dekabr 2013    Oxunub:1047
Yeni Azərbaycan Partiyası (YAP) 2014-cü il üçün siyasi prioritetlərini açıqlayıb.

Hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AzVision.az-a açıqlamasında YAP-ın ilin birinci yarısındandan etibarən bələdiyyə seçkilərinə hazırşlaşacağını bildirib.

YAP təmsilçisi qeyd edib ki, seçkilərlə bağlı artıq şəhər və rayon təşkilatlarına təhlillərin aparılması barədə tapşırıqlar verilib.

“Bilirisiz ki, ötən bələdiyyə seçkilərində YAP qalib gəlib. Indi hansılarda bələdiyyə sədrlərinin yenidən namizədliyinin irəli sürülməsi, hansılarda əvəz olunması, yeni namizədlərin irəli sürülməsi səpkisində işlər, təhlillər gedir. Yarım il ərzində bu təhlillər aparılacaq və bələdiyyə seçkiləri elan olunanda biz tam hazır olacağıq”.

S.Novruzov vurğulayıb ki, gələn partiya işinin gücləndirilməsi istiqamətində də işlər görüləcək:

“Yeni Azərbaycan Partiyası 2014-cü ildə də ilkin olaraq rayon və şəhər təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, onların texniki təchizatı, həmçinin əaqlələrin daha da genişləndirilməsi, gənclər və qadınlar təşkilatında yeni konfransların keçirilməsi nəzərdə tutulur”.

Deputat həmçinin YAP-ın 2013-cü ildəki fəaliyyətini də şərh edib. Bildirib ki, hakim partiyanın 2013-cü ildəki fəaliyyəti çox yüksək olub.

“Bu il əsasən prezident seçkilərinə həsr olundu. İl başlayamndan seçki proqramımıza uyğun olaraq biz rayon və şəhər təşkilatlarında görüşlər keçirdik. Daha sonra partiyanın qurultayı oldu və bu qurultayda partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Bu il çox uğurlu il oldu ki, YAP seçki kampaniyasını uğurla apardı və onun namizədi xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənərək növbəti 5 il üçün prezident seçildi”.

Prezident İlham Əliyevin ad gününə gəlincə isə S.Nivruzov deyib ki, partiya bu istiqamətdə ötən gün tədbir keçirilib: “Ötən gün YAP “Azərbaycan 2013-2018. Gələcəyə baxış” mövzusunda konfrans keçirdi. Konfransda baş nazirin birinci müavini məruzə ilə çıxış elədi. Bu konfrans prezident İlham Əliyevin ad gününə həsr olundu”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti