Yanukoviç İlham Əliyevə məktub yazdı

Yanukoviç İlham Əliyevə məktub yazdı
  24 Dekabr 2013    Oxunub:1211
Ukraynanın Prezidenti Viktor Yanukoviç prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:

- Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan dövlətinin inkişafı naminə yeni uğurlar arzulayıram.

Sizin zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız, dərin bilikləriniz və yeni nailiyyətlərə can atmaq səyləriniz Azərbaycan Respublikasının uğurlu inkişafının etibarlı rəhnidir.

Bu yaxınlarda Sizin Kiyevə səfəriniz çərçivəsində görüşümüzün nəticələri Ukraynanın və Azərbaycanın qarşılıqlı maraqlarına aid bütün sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək əzmində olduğunu növbəti dəfə təsdiq etdi.

Əminəm ki, əldə etdiyimiz razılaşmaların həyata keçirilməsi strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Ukrayna-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə kömək edəcək.


Teqlər:



Xəbər lenti