Koronavirusa yoluxanların sayı 60 minə çatır

   Koronavirusa yoluxanların sayı 60 minə çatır
  13 Fevral 2020    Oxunub:2974
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883 nəfərə, ölənlərin sayı isə 1368 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, ötən gün virusa yoluxan şəxslərdən 254-ü ölüb.

Bundan əlavə, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 16 min nəfərdir. İndiyədək 5 min 917 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölüm hallarının 1310-u virusun aşkarlandığı və ən çox yayıldığı (48 min 206 nəfər) Xubey vilayətində qeydə alınıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti