Krakovu xilas edən əfsanəvi kəşfiyyatçı vəfat edib

Krakovu xilas edən əfsanəvi kəşfiyyatçı vəfat edib
  13 Fevral 2020    Oxunub:2953
1945-ci ilin yanvarında Polşanın Krakov şəhərini xilas etmək üçün əməliyyata rəhbərlik etmiş əfsanəvi sovet kəşfiyyatçısı Aleksey Botyan vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Botyan 104 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1945-ci ilin yanvarında "leytenant Alyoşa" (yerli sakinlər Botyanı belə adlandırırdı) həyatının əsas uğuru hesab etdiyi işi həyata keçirib. O, Krakovda su anbarının partladılması, şəhərin daşqın riski altında qalması ilə bağlı Hitlerin planını poza bilib.

10 may 2007-ci ildə Rusiya Prezidentinin sərəncamı ilə istefada olan polkovnik Aleksey Botyan Krakovu xilas etmək üçün həyata keçirdiyi uğurlu əməliyyata görə Rusiyanın qəhrəmanı adına layiq görülüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəhrəman   Krakov  





Xəbər lenti