Amsterdamda bankda partlayış baş verib

  13 Fevral 2020    Oxunub : 1611
 Amsterdamda bankda partlayış baş verib
Amsterdamda ING bankın bürosunda partlayış baş verib.
Azvision.az RİA -"Novosti"yə istinadla xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

"Paytaxtdakı şirkətlərin birində partlayıcı maddə olan zərf partlayıb. Bir nəfər tüstüdən zərər çəkib", açıqlamada vurğulanır.

Hadisə yerinə təcili yardım briqadası gəlib. Polis araşdırma aparır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Amsterdam   Partlayış