Boris Conson hökumətin tərkibini dəyişdirdi

 Boris Conson hökumətin tərkibini dəyişdirdi
  14 Fevral 2020    Oxunub:3797
Böyük Britaniyanın Baş Naziri Boris Conson Nazirlər Kabinetinin tərkibində dəyişikliklər edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş Nazirin qərarı ilə Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Ester Makvey, Ətraf Mühit katibi Tereza Vilers, Biznes, Enerji və Sənaye Strategiyası üzrə dövlət katibi Andrea Lidsom və Şimali İrlandiya üzrə katib Culian Smit tutduqları vəzifələrdən azad ediliblər. Ölkənin Baş Prokuroru Cefri Koks və Maliyyə Kansleri Səcid Cavid isə özləri istefa veriblər.

Digər qərara əsasən, Rişi Sunak Maliyyə Kansleri, Liz Tras isə Beynəlxalq Ticarət Katibi və Ailə, Qadın və Uşaq Problemləri üzrə nazir təyin olunub.

Azvision.az


Teqlər: Boris-Conson   Britaniya  





Xəbər lenti