Türkiyədən Suriyanın “soyqırım” qərarına münasibət

 Türkiyədən Suriyanın “soyqırım” qərarına münasibət
  14 Fevral 2020    Oxunub:3507
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, Türkiyə XİN rəsmisi Hami Aksoy 1915-ci ildə baş vermiş hadisələrin “soyqırımı” kimi tanınmasını ikiüzlülük adlandırıb.

Onun sözlərinə görə, qondarma qərarın qəbul edilməsi öz xalqına qarşı qətliamlar törədən, milyonlarla insanı öz yurdundan didərgin salan, günahsız insanlara qarşı kimyəvi silah tətbiq edən Bəşər Əsəd rejiminin riyarlığını və ikiüzlülüyünü göstərir.

Qeyd edək ki, bu gün Suriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib.

Azvision.az


Teqlər: Türkiyə   XİN   Suriya  





Xəbər lenti