Myanmada insident - 20-dən çox məktəbli yaralandı

 Myanmada insident - 20-dən çox məktəbli yaralandı
  14 Fevral 2020    Oxunub:2392
Myanma ordusu ilə yerli üsyançılar arasında döyüşlərin getdiyi Rakhayn əyalətinin şimalında məktəblərdən birinin minaatanlardan atəşə tutulması nəticəsində 20-dən çox şagird yaralanıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum nəticəsində döyüş bölgəsinə yaxın ərazidə yerləşən məktəbin 21 şagirdi müxtəlif bədən xəsarətləri alıblar.

Məktəbə hücumun münaqişə tərəflərindən hansının etdiyi hələlik məlum deyil.

Xatırladaq ki, Myanmanın zorakılıqların baş verdiyi Rakhayn ştatında ordunun Rohinca müsəlmanlarına qarşı təqibləri nəticəsində 700 min rohincalı qonşu Banqladeşə qaçmağa məcbur olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Myanma   Məktəb  





Xəbər lenti