Qarabağ danışıqlarında İrəvanın mövqeyi zəifləyir - Sarkisyanın partiyası
“Bu avantüranın yeganə məqsədi səssiz, itaətkar Konstitusiya Məhkəməsinin yaradılmasıdır ki, bu da Ermənistan vətəndaşlarının üzləşdikləri çoxsaylı real problemləri həll etməyəcək, eyni zamanda dövlətçiliyin məhv edilməsi istiqamətinə doğru növbəti addımdır. Referendumun gündəmi dağıdıcıdır. Bu, cəmiyyəti ən vacib problemlərdən yayındırmaq və hakimiyyətin uğursuzluqlarını gizlətmək üçün bir fürsətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, konstitusiya dəyişiklikləri ilə bağlı referendum üçün təşviqat kampaniyasında iştirak etməyəcəyimizi bildiririk”, - deyə sabiq prezident Serj Sarkisyanın partiyası bəyan edib.
Həmçinin, qeyd edilib ki, beynəlxalq ictimaiyyətin reaksiyası Avropa Şurasının üzvü olan bir dövlət üçün prosesin uyğun olmadığını, Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirdiyini, nəticələrinin isə ölkənin milli gündəliyinin təşviqi və regional problemlərin ağırlaşması kontekstində ciddi olacağını göstərir. Həmçinin, referendum Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesində ölkənin mövqeyini zəiflədir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Qarabağ