Polşada yağışa görə vergi tutacaqlar

  24 Dekabr 2013    Oxunub : 1988
Polşada yağışa görə vergi tutacaqlar
Polşa hökuməti yağış suyuna görə vergi toplanmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bəzi polyak şəhərləri artıq vergini ödəyirlər və hökumət bu eksperiementin nəticələrinin uğurlu olduğu qənaətindədir.
Qanuna görə vergini hər kəs - sahibkarlar, ticarətçilər və şəxsi ev, yaxud mənzil sahibləri də ödəməlidir. Dövlət tərəfindən alınan verginin miqdarı yağıntıların kanalizasiyaya doğru axdığı ərazinin sahəsindən asılıdır.

Yeni qanun bir neçə ildir ki, Poznan, Koşalina, Belsko-Byala şəhərlərinin büdcəsini zənginləşdirir. Fevral ayından Bıtoma, martdan Vroçlav bu siyahıya əlavə olunduqdan sonra qanunvericilər indi də bütün ölkə ərazisində yağış suyuna görə vergi tutulmasını təklif edirlər. Öz növbəsində əmlak sahibləri yekdilliklə yeni vergi növünə qarşı çıxırlar. “Mənim üçün bunun mənası yoxdur. Adəti üzrə, insanlardan pul qopartmağa çalışırlar. Hər yerdə pul axtarırlar,” – deyə ev sahiblərindən biri şikayət edib.

Boleslavts bələdiyyəsinin su və kanalizasiya təminatı üzrə müəssisənin rəhbəri Yuzef Krul bildirib ki, hər il şəhər 3,5 milyon ton yeraltı sular, o cümlədən 1 milyon ton yağış suyundan təmizlənir. Bu suların təmizlənməsi üçün firma və maqazin sahibləri deyil, şəhər sakinləri pul ödəyir.

Krul öz sözlərini konkret nümunə ilə göstərib: “Əgər böyük supermarketin ödənişinə baxsaq, onlar yalnız market üçün lazım olan suyun pulunu verirlər. Lakin onun qarşısında böyük damın örtdüyü böyük parkinq yeri var. Yağış suyu burdan təmizlənmək üçün şəhər kanalizasiyasına axır. Lakin buna görə maqazin sahibləri deyil, şəhər sakinləri pul ödəyir”. Onun sözlərinə görə yeni qanun sayəsində vergi daha ədalətli şəkildə tutulacaq: “Həs kəs öz obyektindən axan suya görə vergi verəcək”.

İlk vaxtlar əsas parametlər kimi evin damının sahəsi ilə tarif razılaşmasının göstəricisi götürüləcək. Sonlardan su borularında sayğacların quraşdırılması planlaşdırılır ki, hər ev sahibi nə qədər ödəyəcəyini özü hesablasın. “Yağış vergisi”nin tətbiq olunduğu şəhərlərdə insanlar il ərzində 10-15 dollar pul ödəyirlər. Bələdiyyənin büdcəsi isə 1,5-2 milyon zlotıy əldə edirlər.

Vüqar İsmayılov

Teqlər: