“Hakimiyyət insan haqlarını tamamilə pozur” - Erməni hüquq müdafiəçisi

  14 Fevral 2020    Oxunub : 1234
 “Hakimiyyət insan haqlarını tamamilə pozur” - Erməni hüquq müdafiəçisi
Ermənistanda hakimiyyət insan hüquqlarını tamamilə pozur.
Azvision.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Avetik İşxanyan konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendum barədə danışarkən deyib.

Onun sözlərinə görə, mütləq hakimiyyət insan haqlarını tamamilə pozur: "Biz bu yolla gedirik. Və burada şəxsiyyət məsələsi tamamilə vacib deyil. İnsan haqları bir nəfərin gücü ilə deyil, dövlət strukturlarının müstəqilliyinin təmin olunduğu ölkədə qorunur. Strukturlar dağıdılırsa, deməli, burada bir diktatorun iradasindən və ya yaxşı bir padşahdan danışmaq sadəcə insanları aldatmaq üçün düşünülən bir nağıldır”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Hakimiyyət