Rafael Ağayev Dubayda finala çıxdı

  14 Fevral 2020    Oxunub : 1201
Rafael Ağayev Dubayda finala çıxdı
Dubayda keçirilən Karate 1 Premyer Liqa turnirində çıxış edən Rafael Ağayev (75 kq) finala vəsiqə qazanıb.
Azvision.az xəbər verir ki, Azərbaycan idmançısı əvvəlcə İvan Martinaçı (Xorvatiya) məğlub edib.

Ruslans Sadıkovs (Latviya) və Erman Eltemur (Türkiyə) ilə görüşlərdən də qalib ayrılan R.Ağayev yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə İran təmsilçisi Bəhmən Əsgərini məğlub edən idmançımız finala yüksəlib. O, finalda Luici Busa (İtaliya) ilə mübarizə aparacaq.

Qeyd edək ki, dedal döyüşləri və mükafatlandırma mərasimi fevralın 16-da olacaq.

Azvision.az

Teqlər: Karate   Rafael-Ağayev