“Çiçəklənən Ermənistan”dan Paşinyana rədd cavabı

“Çiçəklənən Ermənistan”dan Paşinyana rədd cavabı
  15 Fevral 2020    Oxunub:3232
“Çiçəklənən Ermənistan” partiyası konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi prosesində iştirak etməyəcək.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan”ı təmsil edən deputat Naira Zöhrabyan bildirib.

Onun sözlərinə görə, partiyanın lideri, parlament fraksiyasının rəhbəri Qaqik Tsarukyan Siyasi Şuranın iclasda iştirak edən hər kəsin fikrini dinləyib, daha sonra vurğulayıb ki, partiyası hər zaman demokratik addımları dəstəkləyib, lakin belə bir həssas prosesdə iştirak edə bilməz.

“Aydındır ki, bu prosesin əvvəlindən hakimiyyət məsələni hüquqi müstəvidən siyasi müstəviyə keçirərək, onu dağıdıcı qarşıdurmaya çevirdi. Cəmiyyətimizdə barikadalar yaratmaq kimi iş tərzi bizim partiya üçün həmişə qəbuledilməz olub.

Nəhayət, köhnə ilə yeni arasındakı səmərəsiz qarşıdurmanın bu səhifəsini bağlamağın və bütün kollektiv potensialımızı ölkəmizin və xalqımızın firavan gələcəyi qurmağa yönəltməyin vaxtı çatıb. Bütün üzvlərin, cavabdeh ərazi strukturlarının, partiyamızın deputatlarının yekdil qərarı ilə "Çiçəklənən Ermənistan" konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsində iştirak etməyəcək", - deyə Zöhrabyan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan   Partiya  





Xəbər lenti