ABŞ şirkətləri koronavirusa qarşı peyvənd hazırlayır

  15 Fevral 2020    Oxunub : 1594
ABŞ şirkətləri koronavirusa qarşı peyvənd hazırlayır
ABŞ-ın beş əczaçılıq şirkəti yeni növ koronavirusa qarşı peyvənd hazırlanması üzərində işləyir.
Azvision.az xəbər verir ki, bu barədə “Fox Business” kanalına müsahibəsində Ağ Evin ticarət müşaviri Piter Navarro deyib. Onun sözlərinə görə, üzərində işlənilən layihə Manhettan nüvə silahı layihəsi ilə müqayisə edilə bilər.

ABŞ-dakı beş böyük şirkət koronavirusa qarşı peyvəndi yaratmaq üçün Manhettanla müqayisə edilə bilən böyük bir layihə üzərində işləyir. Ümid edirik ki, noyabr ayına qədər 150 milyon peyvənd dozası olacaq", - Navarro əlavə edib.

Xatırladaq ki, Uhandan təxliyə edilən Amerika vətəndaşlarından 15 nəfərində koronavirus infeksiyası aşkarlanıb. ABŞ hakimiyyəti virusa qarşı bir sıra tədbirlər görür. Çin ilə birbaşa hava əlaqəsi dayandırılıb. Həmçinin, bu yaxınlarda Çinə səfər edən xarici vətəndaşlar ABŞ-a buraxılmır. Çinin Hubey əyalətindən evakuasiya edilmiş bir neçə yüz amerikalı iki həftə ərzində karantində saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Koronavirus   Peyvənd